Ucnoqta.az
www.ucnoqta.az

Ermənistan rusiyalı iş adamının "Elektrik Şəbəkəsi" lisenziyasını ləğv etdi

14:31 - 17 Noyabr 2025 tarixində dərc olunub.

Ermənistan iş adamı Samvel Karapetyanın "Elektrik Şəbəkəsi" lisenziyasını ləğv etdi.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın tənzimləyici orqanı rusiyalı iş adamı Samvel Karapetyanın "Elektrik Şəbəkəsi" lisenziyasını ləğv etdi. Qərar 21 noyabrda qüvvəyə minəcək.

"Ermənistan Elektrik Şəbəkələri" şirkəti hazırda Ermənistanda həbsdə olan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Tashir Capital" şirkətinə məxsusdur. 

Qərardan iki ay ərzində komissiyanın özünə və ya 15 gün ərzində Ermənistan inzibati məhkəməsinə şikayət verilə bilər. 

Müəllif: Ucnoqta.az redaksiyası