Finlandiya Rusiya sərhədindən 100 kilometr aralıda, Laplandiyadakı Qərbi Avropanın ən böyük atəş poliqonu olan Rovajarvidə artilleriya təlimlərinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, Finlandiya quru qoşunlarının məlumatına görə, Finlandiyanın şimalında, Rusiya sərhədindən 100 kilometr aralıda 2200-dən çox əsgər və 500 texnikanın iştirak etdiyi artilleriya təlimləri başlayıb.
Avropada ən böyük atış poliqonlarından biri hesab edilən Rovayarvi atış poliqonu "Şimal zərbəsi 225" adlanan manevrlərin keçiriləcəyi yer kimi seçilib. Təlimlərin 25 noyabrda başa çatması planlaşdırılır.
Manevrlərdə Polşadan olan şəxsi heyət də iştirak edib. Finlandiya Silahlı Qüvvələrinin məlumatına görə, iştirakçılar çətin qışın əvvəlində atəş açmaq və müxtəlif komandanlıq və idarəetmə səviyyələri arasında qarşılıqlı əlaqəni məşq edəcəklər.
Bundan əvvəl təxminən 200 hərbçinin iştirak etdiyi təlim poliqonunda artilleriya manevrləri keçirilib.