Ucnoqta.az
www.ucnoqta.az

Masazırda qanunsuz tikililər söküldü - Video

15:13 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Ucnoqta.az FHN-ə istinasdən xəbər verir ki, bu çərçivədə, Abşeron rayonu, Masazır kəndi ərazisində yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinın, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikililər sökülüb.

 

Müəllif: Ucnoqta.az redaksiyası