13 noyabrda Telegram 500.000-dən çox qrup və kanalı bloklayıb ki, bu da bu ilin fevral ayının əvvəlindən bəri ən yüksək rəqəmdir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Messengerin veb saytında məlumat dərc olunub.
2025-ci ilin noyabr ayının əvvəlindən bəri messenger 2,81 milyon qrup və kanalı bloklayıb. 13 noyabrda bloklanan kanalların sayı 519.645-ə çatıb ki, bu da 5 fevraldan bəri ən yüksək rəqəmdir, o zaman bu rəqəm 490.433 olub
Ümumilikdə, 2025-ci ilin əvvəlindən bəri terrorizmlə əlaqəli 207.772 qrup və kanal da daxil olmaqla 34.913 milyon qrup və kanal bloklanıb.