Ucnoqta.az
www.ucnoqta.az

Tərtərdə narkotik satan şəxs saxlanılıb

10:44 - 14 Noyabr 2025 tarixində dərc olunub.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, saxlanılan şəxsdən 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. 

N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası