Ucnoqta.az
www.ucnoqta.az

Könüllü qan verən donorların sayı artıb

11:47 - 13 Noyabr 2025 tarixində dərc olunub.

Bu ilin ilk 9 ayı ərzində Respublika Qan Bankında və onun regional bölmələrində təxminən 100 min nəfər könüllü şəkildə qan verərək donor olub.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bu barədə Respublika Qan Bankı məlumat yayıb.

Ötən ilin eyni dövründə donorların sayı təxminən 93 min nəfər təşkil edib.

Respublika Qan Bankına (mərkəz və 8 regional bölmə daxil olmaqla) ötən il ərzində ümumilikdə 126 234 nəfər müraciət edib. Onlardan 124 148 nəfər qan donoru olub.

Müəllif: Ucnoqta.az redaksiyası