Ucnoqta.az
www.ucnoqta.az

Adnan Əhmədzadənin həyat yoldaşı mühafizəçisi və sürücüsü ilə ölkəni tərk etdi

11:30 - 13 Noyabr 2025 tarixində dərc olunub.

Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfərova Azərbaycanı tərk edib.

Ucnoqta.az Teleqraf-a istinadən xəbər verir ki, o bir neçə gün əvvəl uşaqları ilə birlikdə Londona uçub.

Onların bundan sonra London şəhərində yaşayacağı bildirilir.

G.Cəfərovanın mühafizəçi və sürücüsünü də özü ilə apardığı məlumatda qeyd edilir.

Qeyd edək ki, Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində şübhəli bilinir və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ucnoqta.az redaksiyası