Ucnoqta.az
www.ucnoqta.az

Ağstafa qatarına əlavə reyslər təyin olunub

10:39 - 13 Noyabr 2025 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 14, 15 və 16 noyabr tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər həyata keçirəcək.

Ucnoqta.az xəbər verir ki, qatar Bakıdan Ağstafaya saat 08:30-da, Ağstafadan Bakıya isə saat 17:20-də yola düşəcək.

Eyni zamanda, sərnişinər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Müəllif: Ucnoqta.az redaksiyası