Ucnoqta.az
www.ucnoqta.az

“WhatsApp”da yenilik - mesaj göndərmək üsulu ...

10:00 - 13 Noyabr 2025 tarixində dərc olunub.

“WhatsApp” məxfilik seçimlərini gücləndirən yeni funksiya üzərində işləyir.

Ucnoqta.az xəbər verir ki, yeni funksiya istifadəçilərə mesajlarla bağlı daha çox nəzarət imkanı verir. "Mənə Kim Mesaj Göndərə Bilər" adlı funskiya istifadəçilərə yalnız kontaktlarda yadda saxlanılan şəxslərin onlara mesaj göndərməsinə icazə verir. Məlumata görə, yenilik “WhatsApp” android beta versiyasında müşahidə edilib. Bu funksiya, xüsusən də tanımadıqları insanların mesajlarından narahat olan istifadəçilər üçün rahatlıq təmin edir. “WhatsApp”ın yeni funksiyası "Hər kəs" və "Mənim Kontaktlarım" olmaqla iki mesaj qəbul etmə seçimi təklif edir. "Hər kəs" seçimi aktiv olduqda, yadda saxlanılmamış nömrələrdən gələn mesajlar birbaşa söhbət siyahısında görünəcək.

"Mənim Kontaktlarım" seçimi seçildikdə, yadda saxlanılmamış nömrələrdən gələn mesajlar birbaşa söhbət ekranında görünəcək, digər bütün mesajlar isə yeni yaradılmış "Sorğular" qovluğuna yönləndiriləcək.///mətbuat

Müəllif: Ucnoqta.az redaksiyası