Ucnoqta.az
www.ucnoqta.az

Gümüşün qiymətindən tarixi rekord

08:45 - 13 Noyabr 2025 tarixində dərc olunub.

Gümüşün qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə, Comex birjasında (Nyu-York Ticarət Birjasının bir bölməsi) 2025-ci ilin dekabr ayı üçün çatdırılma gümüş fyuçerslərinin qiyməti troya unsiyası üçün 54 dolları keçib.

Belə ki, qiymətli metalın qiyməti 6,34% artaraq troya unsiyası üçün 54,2 dollara çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası