Ucnoqta.az
www.ucnoqta.az

Kiprdə 5,2 ballıq zəlzələdən sonra səkkiz afterşok qeydə alınıb

16:41 - 12 Noyabr 2025 tarixində dərc olunub.

 5,2 bal gücündə zəlzələdən sonra Kiprdə səkkiz afterşok qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatlarında bildirilir.

Afterşokların ən güclüsü əsas zəlzələdən 10 dəqiqə sonra baş verib və 4,7 bal gücündə olub.

Heç bir itki və ya dağıntı barədə məlumat verilməyib. Lakin zəlzələ zamanı adanın bir neçə bölgəsində telefon əlaqəsi qısa müddətə kəsilib.

Müəllif: Ucnoqta.az redaksiyası