Ucnoqta.az
www.ucnoqta.az

Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi - SƏRƏNCAM

12:46 - 12 Noyabr 2025 tarixində dərc olunub.

Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.

Ucnoqta.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ilin dekabr ayında bu vəzifəyə təyin edilmişdi.

Müəllif: Ucnoqta.az redaksiyası