Ucnoqta.az
www.ucnoqta.az

Yol polisi sürücülərə müraciət etdi

10:37 - 11 Noyabr 2025 tarixində dərc olunub.

Baş Dövlət Yol Polisi İdarəsini səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə Ucnoqta.az-a İdarədən məlumat verilib.

Bildirilib ki, bayramlarla əlaqəli qeyri-iş günlərində bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə yollarında hərəkət intensivliyi artacaqdır.

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək tətil günlərinin xoş əhval-ruhiyyə ilə başa çatması üçün təhlükəsizlik qaydalarına əməl etməyi, mümkün qədər günün işıqlı vaxtı yola çıxmağı, yorğun, yuxusuz sükan arxasına əyləşməməyi xahiş edir:

"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq" - müraciətdə deyilir.

Müəllif: Ucnoqta.az redaksiyası