Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan 29 nəfər saxlanılıb - DİN

09:34 - 11 Noyabr 2025 tarixində dərc olunub.

Noyabrın 10-da ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.  

DİN-in Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

 Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

 Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

Müəllif: Ucnoqta.az redaksiyası