Ucnoqta.az
www.ucnoqta.az

81 yaşlı qadın hamamda yıxılaraq vəfat etdi

11:58 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Səbail rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Oktyabrın 30-u saat 15 radələrində 1944-cü il təvəllüdlü Həqiqət Vəliyeva yaşadığı Y.Mürsəlov küçəsindəki evinin hamam otağında yıxılıb.

Baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilmiş qadın bir həftə sonra vəfat edib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası