Ucnoqta.az
www.ucnoqta.az

Kamçatkada fırtına xəbərdarlığı verildi

07:54 - 7 Noyabr 2025 tarixində dərc olunub.

Kamçatkada Berinq dənizi və Sakit Okeanda on metrə qədər dalğaların olacağı proqnozlaşdırılır və fırtına xəbərdarlığı verilib.

Ucnoqta.az bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka ərazisi üzrə Baş İdarəsi məlumat verib.

Qeyd olunur ki, təhlükəli dəniz səviyyələrinin 8-10 metrə çatacağı gözlənilir. Fırtına 10 noyabr səhərinə qədər davam edəcək

Müəllif: Ucnoqta.az redaksiyası