Ucnoqta.az
www.ucnoqta.az

Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazır olmalıyıq - NATO-nun baş katibi

13:09 - 6 Noyabr 2025 tarixində dərc olunub.

NATO-nun baş katibi Mark Rutte Alyans müttəfiqlərini Rusiya ilə "uzunmüddətli qarşıdurmaya" hazırlaşmağa çağırdı.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı Rumıniyada keçirilən Müdafiə Sənayesi Forumunda verib.

"Rusiya Avropada və dünyada sabitliyi pozan qüvvə olaraq qalacaq... Onlar uzunmüddətli qarşıdurmaya hazırlaşırlar. Biz sadəlövh ola bilmərik. Biz də hazır olmalıyıq", - Rutte dedi.

Müəllif: Ucnoqta.az redaksiyası