Ucnoqta.az
www.ucnoqta.az

Məhkəmə keçmiş Boliviya liderini azad etdi

19:12 - 5 Noyabr 2025 tarixində dərc olunub.

Boliviya Ali Məhkəməsi çevriliş işində məhkum edilmiş keçmiş prezident vəzifəsini icra edən Janin Anyezin hökmünü ləğv edərək onun dərhal azadlığa buraxılmasını hökm edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə "El Deber" qəzeti məlumat yayıb.

Nəşr məhkəmənin sədri Romero Saucedonun sözlərinə istinadən bildirib ki, ona verilən hökmün ləğv edilməsi barədə qərar qəbul edilib.

O, həmçinin bildirib ki, aşağı məhkəmənin qərarının ləğvi ilə əlaqədar olaraq, "Áñezin dərhal azadlığa buraxılması barədə qərar qəbul edilir".

Müəllif: Ucnoqta.az redaksiyası