Ucnoqta.az
www.ucnoqta.az

Rusiya regionları üzərində 85 PUA vurulub

08:34 - 4 Noyabr 2025 tarixində dərc olunub.

Gecə ərzində Rusiya hava hücumundan müdafiə vasitələri Rusiya bölgələri üzərində 85 Ukrayna PUA-sını ələ keçirib və məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, Voronej vilayəti üzərində 40, Nijni Novqorod vilayəti üzərində 20, Belqorod vilayəti üzərində 10, Kursk vilayəti üzərində 6, Lipetsk vilayəti üzərində 4, Volqoqrad vilayəti üzərində 2, Başqırdıstan Respublikası üzərində 2 və Saratov vilayəti üzərində 1 PUA zərərsizləşdirilib.

Müəllif: Ucnoqta.az redaksiyası