Ucnoqta.az
www.ucnoqta.az

Takaiçi Kim Çen Inla danışıqlara hazır olduğunu açıqlayıb

11:15 - 3 Noyabr 2025 tarixində dərc olunub.

Yaponiyanın yeni baş naziri Sanae Takaiçi Şimali Koreya lideri Kim Çen Inla şəxsi danışıqlar aparmağa hazırdır və artıq bu barədə Pxenyana məlumat verib.

Ucnoqta.az xəbər verir ki, o, bu açıqlamanı 1970-ci illərdə Şimali Koreya kəşfiyyatı tərəfindən qaçırılan Yaponiya vətəndaşları məsələsinə həsr olunmuş tədbirdə verib.

Takaiçi baş nazir vəzifəsində olduğu müddətdə bu məsələdə irəliləyiş əldə etmək və qaçırılan vətəndaşların məsələsini həll etmək istəyini vurğulayıb.///kyodo

Müəllif: Ucnoqta.az redaksiyası