Ucnoqta.az
www.ucnoqta.az

Ardıcıl 4 gün iş olmayacaq

08:19 - 3 Noyabr 2025 tarixində dərc olunub.

Zəfər günü və Dövlət bayrağı günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq.

Ucnoqta.az xəbər verir ki, bu il 8 noyabr Zəfər günü şənbə, 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü bazar gününə təsadüf edir.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

Beləliklə, 8, 9, 10 və 11 noyabr qeyri-iş günləri olacaq.///apa

Müəllif: Ucnoqta.az redaksiyası