Rusiyanın Baş naziri Mixail Mişustin iki ölkənin hökumət başçılarının 30-cu müntəzəm görüşündə iştirak etmək üçün Çinin Hançjou şəhərinə gəlib.
Ucnoqta.az bildirir ki, bu barədə TASS məlumat verib.
Gündəliyə Rusiya Baş naziri ilə Çin Dövlət Şurasının sədri Li Qianq arasında əvvəlcə təkbətək, daha sonra isə hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə davam edən danışıqlar daxildir.
Görüşdən sonra tərəflər bir sıra ikitərəfli sənədlərin imzalanmasını planlaşdırırlar.