Ağ Ev akkreditə olunmuş jurnalistlərin Oval Ofisin yanında, Qərb Qanadında yerləşən Mətbuat Katibi Kerolin Levitin və digər yüksək vəzifəli kommunikasiya rəsmilərinin ofisinə girişini məhdudlaşdırıb.
Ucnoqta.az xəbər verir ki, Reuters-in məlumatına görə, sənəddə dəyişikliklərin dərhal qüvvəyə mindiyi və məxfi materialların qorunması zərurəti ilə izah edildiyi bildirilir. Jurnalistlərə artıq əvvəlcədən görüş təyin etmədən "Yuxarı Mətbuat" kimi tanınan 140 nömrəli otağa daxil olmaq qadağandır.
Milli Təhlükəsizlik Şurası izah edib ki, Ağ Evin mətbuat işçiləri artıq daha böyük həcmdə təhlükəsizlik baxımından həssas materiallarla işləyirlər və bu da daha sərt qaydaları tələb edir.