Hindistan polisi Mumbaydakı aktyorluq studiyasında girov saxlanılan 17 uşağı azad edib.
Ucnoqta.az xəbər verir ki, NDTV bu barədə hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
30 oktyabr günortadan sonra Rohit Arya adlı bir kişi Mumbayın Povai məhəlləsində yeni film üçün kastinqlərin keçirildiyi aktyorluq studiyasına daxil olub.
O, uşaqları üç saat orada saxlayıb və tələbləri yerinə yetirilmədiyi təqdirdə hər şeyi yandıracağı və özünə və uşaqlara zərər verəcəyi ilə hədələyib.
Polisin tədbirləri nəticəsində bütün uşaqlar azad edilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi əqli cəhətdən xəstədir. O, saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.