Ucnoqta.az
www.ucnoqta.az

Bağçalarda işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayır: 4 noyabr ...

12:45 - 29 Oktyabr 2025 tarixində dərc olunub.

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır.

Ucnoqta.az xəbər verir ki, müsabiqənin test mərhələsində 40 bal və yuxarı nəticə göstərmiş namizədlər 29 oktyabr 2025-ci il tarixindən 04 noyabr 2025-ci il tarixədək (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

‎Vakant yerlərin siyahısı və qeydiyyat linki: https://ref.az/2abfPC

‎‎Qeydiyyat başa çatdıqdan sonra müsahibənin keçiriləcəyi yer və tarix barədə namizədlərə məlumat veriləcək. Müsahibəyə dəvət olunan bütün namizədlər müvafiq keçid balını toplamış olmalıdır.

‎‎Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik namizəd vakant yerə təyin olunur. Digər namizədlər isə 1 il müddətinə ehtiyat namizəd siyahısına daxil edilir.

‎‎Müsahibəyə dəvət olunan namizəd şəxsiyyət vəsiqəsi və diplomunu təqdim etməlidir. Diplom üzrə ixtisasın müraciət etdiyi vəzifəyə uyğunluğu yoxlanılır; məlumat uyğun gəlmədiyi halda müsahibə keçirilmir.

‎ Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə vakant yerlərin siyahısı: https://ref.az/pSq94

Müəllif: Ucnoqta.az redaksiyası