Ucnoqta.az
www.ucnoqta.az

Liseylərə şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq

10:33 - 28 Oktyabr 2025 tarixində dərc olunub.

2026–2027-ci tədris ili üzrə lisey və gimnaziyalara şagird qəbulu yalnız 7-ci siniflər üzrə aparılacaq.

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, cari tədris ilində 6-cı sinifdə təhsil alan şagirdlər qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Qəbul imtahanına dair çərçivə sənədi 2025-ci ilin sonunadək ictimaiyyətə təqdim olunacaq.

Lisey və gimnaziyalara müxtəlif təmayül istiqamətləri üzrə şagird qəbulunun çox erkən yaşlarda deyil, müəyyən baza bilikləri formalaşdıqdan sonra həyata keçirilməsi daha məqsədəuyğun hesab olunur.

Müəllif: Ucnoqta.az redaksiyası