Ucnoqta.az
www.ucnoqta.az

“Kontakt Home”nin milyonlarla manat vergi borcu var - FOTO

15:18 - 27 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin dövlət qarşısında külli miqdarda vergi borcu üzə çıxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.

Məlumata görə, “ABC-Telecom”un Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcu 7 672 122.25 manat təşkil edir.

Qeyd edək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur. 

Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir.

Müəllif: Ucnoqta.az redaksiyası