Ucnoqta.az
www.ucnoqta.az

Braziliya prezidenti Trampa Venesuela məsələsində vasitəçilik təklif edib

14:12 - 26 Oktyabr 2025 tarixində dərc olunub.

Braziliya prezidenti Luis İnasio Lula da Silva Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşündə Venesuela ilə bağlı vəziyyəti həll etmək üçün vasitəçilik təklif edib.

Ucnoqta.az xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib.

Agentliyin məlumatına görə, Braziliya prezidenti Trampa Latın Amerikası sülh bölgəsidir deyib.

Müəllif: Ucnoqta.az redaksiyası