Ucnoqta.az
www.ucnoqta.az

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

15:28 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır.

Ucnoqta.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, media subyektləri üçün 3 illik vergi güzəştinin müddəti 2026-cı il yanvarın 1-də başa çatırdı. Beləliklə, bu müddət daha 3 il uzadılır.

Müəllif: Ucnoqta.az redaksiyası