Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanın FIFA referisi beynəlxalq təyinat alıb

12:51 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

Azərbaycanın futzal üzrə FIFA referisi Knyaz Əmiraslanov təyinat alıb.

Bu barədə Ucnoqta.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.

O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü qrupunun oyunlarında iş başında olacaq.

K.Əmiraslanov oktyabrın 29-da "Benfika" (Portuqaliya) – "Loznica-Grad 2018" (Serbiya) oyununda ikinci, həmin gün baş tutacaq "Riqa" (Latviya) - "Luxol St.Andreus" (Malta) görüşündə üçüncü hakim fuksiyasını yerinə yetirəcək.

FIFA referisi oktyabrın 30-da keçiriləcək "Luxol St.Andreus" - "Loznica-Grad 2018" qarşılaşmasında isə birinci hakim olacaq.

Qeyd edək ki, bu qrupun oyunları Maltanın Qzira şəhərində keçiriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası