Ucnoqta.az
www.ucnoqta.az

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

11:22 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta..az-a bildirilib ki, Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ucnoqta.az redaksiyası