Ucnoqta.az
www.ucnoqta.az

Rusiyaya qarşı 19-cu sanksiyalar paketi təsdiqlənib (YENİLƏNİB)

10:18 - 23 Oktyabr 2025 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) Rusiyaya növbəti sanksiyalar paketini rəsmən təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumata yayıb. Məlumata görə, Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini rəsmən təsdiqləyib.

Bildirilir ki, Aİ 19-cu sanksiya paketinə Rusiya neftini daşıyan 100-dən çox xarici bayraqlı tanker əlavə edib.

Sanksiyalar paketinə həmçinin Rusiyadan LNG-nin alınmasına qadağa və rus diplomatlarının hərəkətinə məhdudiyyətlər daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası