Ucnoqta.az
www.ucnoqta.az

Ağdam qatarına reysləri təyin edilib

15:48 - 22 Oktyabr 2025 tarixində dərc olunub.

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Ağdam-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib. Bildirilib ki, Bakıdan Ağdama gedən reys səhər saat 07:10-da yola düşəcək.

"Ağdamdan Bakıya qayıdan reys isə 18:20-da hərəkət edəcək. Bu marşrut üzrə 8 və 9 noyabr tarixlərində iki istiqamətdə səfər edə bilərsiniz. Bayrağımızın qürurla dalğalandığı Qarabağa getmək üçün biletinizi dəmiryol kassalarından, saytımızdan və "ADY Mobile" tətbiqindən elə indi alın", - məlumatda qeyd edilib.

Müəllif: Ucnoqta.az redaksiyası