Ucnoqta.az
www.ucnoqta.az

Timsahlar olan çay olimpiya yarışları üçün yararlı hesab edilib

07:34 - 22 Oktyabr 2025 tarixində dərc olunub.

Timsahların məskəni olan və Kvinslend hökuməti tərəfindən 2032-ci il Olimpiya Oyunları zamanı yarışlar üçün təklif edilən Fitzroy çayı Olimpiya idman obyektlərinin tikintisinə cavabdeh olan milli orqandan icazə alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Australian” məlumat yayıb.

Agentliyin məlumatına görə, Brisbendə 2032-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları üçün idman obyektlərinin təkmilləşdirilməsi və tikintisinə cavabdeh olan milli qurum olan Oyunların Müstəqil İnfrastruktur və Koordinasiya Təşkilatı (GIICA) Fitzroy çayını kanoe və kayak yarışları üçün uyğun hesab edib.

Xəbər verildiyi kimi, GIICA mütəxəssisləri bütün tələb olunan çay xüsusiyyətlərini yoxlayıb və onların Beynəlxalq Avarçəkmə Federasiyasının tələblərinə tam uyğun olduğuna əmindirlər.

Kvinslend ştatının baş naziri David Krisafulli vəd edib ki, regional hakimiyyətlər çayda məskunlaşan timsahlarla mübarizə aparacaq və təhlükəni aradan qaldıracaq.

Müəllif: Ucnoqta.az redaksiyası