Macarıstan parlamenti qonşu Ukraynadakı silahlı münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimini daha 6 ay uzadıb.
Ucnoqta.az xəbər verir ki, qanunverici orqanın saytında yayımlanan səsvermə zamanı parlamentin 127 üzvü qanun layihəsinin lehinə, 56-sı isə əleyhinə səs verib.
Hakim Fides-Macar Vətəndaş Birliyi fraksiyası və onun kiçik tərəfdaşları Xristian Demokratlar ənənəvi olaraq tədbiri dəstəkləyib, müxalifət partiyaları isə bunu tənqid edib.
Hökumət 2022-ci ilin mayında Ukraynada baş verən hadisələrdən sonra 180 gün müddətinə fövqəladə vəziyyət elan edib və o vaxtdan bu rejimi altı dəfə uzadıb.