Ucnoqta.az
www.ucnoqta.az

Senat Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsi üzərində işi dayandırıb

00:38 - 21 Oktyabr 2025 tarixində dərc olunub.

ABŞ Senatı Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında gözlənilən görüşlə əlaqədar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi üzərində işi dayandırıb.

Ucnoqta.az xəbər verir ki, bunu bazar ertəsi jurnalistlərə Respublikaçıların Senatda çoxluğun lideri Con Tun (Cənubi Dakota) deyib.

“Mən inanıram ki, bu qanun layihəsi prezidentin arsenalında Rusiya tərəfinə qarşı onları danışıqlar masasına gətirmək üçün istifadə edə biləcəyi vasitələrdən biridir.

Biz bunu ən azı hələlik təxirə salacağıq" o deyib.

Müəllif: Ucnoqta.az redaksiyası