FIFA U-20 Dünya Çempionatının final matçında Mərakeş Argentinanı 2:0 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, turnir Çilidə keçirilirdi. Mərakeşin heyətində hər iki qolu Yasin Zabiri vurub (12 və 29-cu dəqiqələrdə).
Kolumbiya üçüncü yer uğrunda görüşdə Fransanı 1:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Mərakeş ilk dəfə U-20 Dünya Çempionatının qalibi olub. Argentina turniri altı dəfə qazanaraq ən çox qələbə qazanan ölkədir.