Babək rayonunda ayı insanlara hücum edib, xəsarət alan var.
Ucnoqta.az xəbər ki, hadisə rayonun Yuxarı Buzqov kəndində baş verib. Ayı kənddə Payız kənd sakini, 1974-cü il təvəllüdlü Məmmədov Məzahir Tağı oğlu və onun oğlunun üzərinə hücum çəkib.
Nəticədə Məzahir Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məzahir Məmmədov Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.