Ucnoqta.az
www.ucnoqta.az

Ramiz Mehdiyevin məhkəməsi onlayn keçirilib

13:16 - 18 Oktyabr 2025 tarixində dərc olunub.

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, Ramiz Mehdiyev məhkəməyə gedə bilməyib. Bu səbəbdən məhkəmə prosesi onlayn keçirilib.

Xatırladaq ki, Ramiz Mehdiyevin 87 yaşı var. Sabiq PA rəhbəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Müəllif: Ucnoqta.az redaksiyası