Ucnoqta.az
www.ucnoqta.az

AZAL-ın təyyarə qəzasında yaralanan Nurullah Siracov vəfat edib

13:15 - 18 Oktyabr 2025 tarixində dərc olunub.

AZAL-ın Qazaxıstanın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsində yaralanan Zaqatala sakini Nurullah Siracov vəfat edib.

Ucnota.az xəbər verir ki, bu barədə Lent.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, o, bu gün səhər saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Xatırladaq ki, Nurullah Siracov 2024-cü il dekabrın 25-də həyat yoldaşı ilə birgə Qroznıda yaşayan oğlunun yanına gedirmiş. Qəza zamanı onların hər ikisi xəsarət alaraq, xəstəxanaya yerləşdirilmişdilər.

Müəllif: Ucnoqta.az redaksiyası