Ucnoqta.az
www.ucnoqta.az

İran hərbi gəmiləri Bakı limanını tərk etdi

12:32 - 18 Oktyabr 2025 tarixində dərc olunub.

"AZIREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək üçün Azərbaycanda olan İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri və şəxsi heyəti oktyabrın 18-də Bakı limanını tərk edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, İran Hərbi Dəniz Qüvvələrinin gəmiləri Azərbaycanda keçiriləcək "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimində iştirak etmək məqsədilə oktyabrın 15-də ölkəmizin ərazi sularına daxil olmuşdu.

Müəllif: Ucnoqta.az redaksiyası