Ucnoqta.az
www.ucnoqta.az

Bakıda silahlı insident - İki nəfər güllələndi

09:35 - 16 Oktyabr 2025 tarixində dərc olunub.

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Ucnoqta.az xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb.///Bakupost

Müəllif: Ucnoqta.az redaksiyası