Ucnoqta.az
www.ucnoqta.az

Mağazadan oğurluq edən iki yeniyetmə saxlanılıb

20:13 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

Mağazadan oğurluq edən yeniyetmələr saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə paytaxt ərazisində baş verib.

Belə ki, Balaxanı qəsəbə sakininə məxsus mağazadan pul vəsaitinin oğurlanması ilə bağlı polisə müraciəti daxil olub. Müraciət əsasında araşdırma aparılıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslərin avaralıq və dilənçiliklə məşğul olan, Yevlax rayon sakinləri B. Mukavadze və T. Bəkirova olması müəyyən edilib və onlar polis tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası