Ucnoqta.az
www.ucnoqta.az

İlham Əliyev MDB ilə bağlı sazişi təsdiqləyib

13:35 - 15 Oktyabr 2025 tarixində dərc olunub.

Prezident İlham Əliyev "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş"i təsdiq edib.

Ucnoqta.az xəbər verir ki, qanunda əsasən, Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının 2022-ci il 28 oktyabr tarixli iclasında imzalanmış "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində sanitariya-epidemioloji xarakterli fövqəladə vəziyyətlərin qarşısının alınması və cavab tədbirləri üzrə əməkdaşlığı haqqında Saziş" Azərbaycan Respublikasının ona dair müvafiq qeyd-şərti ilə təsdiq edilsin.

Müəllif: Ucnoqta.az redaksiyası