Ucnoqta.az
www.ucnoqta.az

ABŞ müharibələrə başlamayacaq - Tramp

16:23 - 13 Oktyabr 2025 tarixində dərc olunub.

Birləşmiş Ştatlar heç bir müharibəyə başlamağı planlaşdırmır, ancaq münaqişə qaçılmaz olarsa, qalib gəlmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Knessetdə (İsrail parlamenti) çıxış edən ABŞ prezidenti Donald Tramp deyib.

"Biz müharibəyə başlamayacağıq. Amma başlasaq, müharibəni indiyə qədər heç kimin qalib gəlmədiyi kimi qazanacağıq. Və biz siyasi cəhətdən düzgün olmayacağıq. Amma bu nöqtəyə çatmayacağıq" - Tramp qeyd edib.

O, ümid etdiyini bildirib ki, ABŞ heç vaxt öz arsenalındakı ən güclü silahlardan istifadə etməli olmayacaq. 

O, əlavə edib ki, ABŞ, lazım gələrsə, etməli olanı edəcək.

Müəllif: Ucnoqta.az redaksiyası