ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasındakı hərbi münaqişəni həll edə biləcəyinə inanır.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, açıqlama Ağ Evin saytında yerləşdirilib. Jurnalistlərin suallarını cavablandıran Tramp, "Pakistan və Əfqanıstan arasında müharibənin getdiyini eşidirəm. Hazırda başqa müharibə üzərində işləyirəm, çünki münaqişələri həll etməkdə yaxşıyam" deyib.
O, əlavə edib ki, artıq milyonlarla insanın həyatını xilas edib. Tramp bunu Nobel mükafatı üçün yox, həyatları xilas etmək üçün etdiyini vurğulayıb.