Ucnoqta.az
www.ucnoqta.az

HƏMAS Qəzza sammitində iştirakdan imtina edib

10:14 - 12 Oktyabr 2025 tarixində dərc olunub.

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin imzalanması münasibətilə Şarm əş-Şeyxdə keçiriləcək “Sülh Zirvəsi”nə qatılmayacaq.

Ucnoqta.az xəbər verir ki, bunu HƏMAS siyasi bürosunun üzvü Husan Badran AFP-yə bildirib.

O, hərəkatın münaqişənin həllində Qətər və Misirdən olan vasitəçilər vasitəsilə hərəkət etdiyini vurğulayıb.

İsrailin baş naziri Benyamin Netanyahu sammitdə iştirakı ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Müəllif: Ucnoqta.az redaksiyası