Ucnoqta.az
www.ucnoqta.az

Bank kartlarından oğurluq edən iki nəfər saxlanıldı

10:53 - 11 Oktyabr 2025 tarixində dərc olunub.

Paytaxtın Xəzər və Qaradağ rayonlarındada iki nəfərin bank kartından oğurluq edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon sakinləri polisə müraciət edərək kartlarından pul vəsaitlərinin talanmasını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 64 yaşlı A.Mansurov və 31 yaşlı E.Süleymanov saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası