Bakı metropoliteninin "28 May" stansiyasında ölüm hadisəsi baş verib. Qatarda halı pisləşmiş sərnişin stansiyada düşəndən az sonra vəfat edib.
Ucnoqta.az xəbər verir ki, məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Bildirilib ki, məlumat daxil olan kimi təcili tibbi yardım briqadası çağırılıb və qatardan düşürülən kimi sərnişinə ilkin yardım göstərilib.
70-75 yaş arası kişi sərnişinin ölüm faktı ilə əlaqədar aidiyyəti üzrə qurumlara məlumat verilib.