Ucnoqta.az
www.ucnoqta.az

AFFA-nın Santuşa ödədiyi təzminat məlum oldu

08:52 - 11 Oktyabr 2025 tarixində dərc olunub.

AFFA milli komandanın baş məşqçisi postundan istefaya göndərilən Fernandu Santuşa təzminatı ödəyib. 

Ucnoqta.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev deyib.

Bildirilib ki, onunla müqavilədə yer alan bütün şərtlərə əməl edilib. 

AFFA rəsmi şəkildə bu məbləği açıqlamasa da, əldə etdiyimiz məlumata görə, ona 1 milyon 800 min avro (3 milyon 700 min manat) təzminat ödənilib.

Xatırladaq ki, Fernandu Santuş ötən ayın 8-i istefaya göndərilib.///qafqazinfo

Müəllif: Ucnoqta.az redaksiyası